EN

"İlk 15 dəqiqə bir az qorxaq futbol oynadıq" - Saşa İliç

"Mənim Danilo Beskorovaynıy ilə konfliktim haqda yazan jurnalist burdadı? Həmin xəbər 100 faiz saxtadı. Burda üç məsələ var ki, hər birində də çox pis hadisədi. Həm oyunçu, həm klub, həm də mənim özüm üçün bu cür yalan xəbərin yayılması pis xəbərdi. Danilonun oynamamasının bununla əlaqəsi yoxdu. Bayram fasiləsində onun Ukraynada bəzi sənəd məsələləri var idi və məşqlərə üç gün gecikmişdi. Oynamaması da sırf bununla bağlıdı".

"Football-plus.az" xəbər verir ki, bu sözləri Misli premyer-liqasının 27-ci turunun “Turan Tovuz”la oyunundan sonra “Sumqayıt”ın baş məşqçisi Saşa İliç deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- Oyun haqda fikriniz necədi?
- Bu rəqiblə oynamaq hər dəfə çətin olur. İlk 15 dəqiqə bir az qorxaq futbol oynadıq. İkinci hissədəki oyunumuzdan razıyam. Kifayət qədər oyunu nəzarət altında saxladıq.

- Birinci hissədə qorxaq futbol oynamağınız nə ilə bağlı idi?
- Düzünü deyim, bilmirəm. Ola bilər ki, stadionda ab-hava oyunçularıma təsir etdi. Öz səhvlərimizdən qollar buraxdıq.

- Dini bayramla bağlı sizi təbrik edirəm. Maraqlıdı, dünən kilsədə etdiyiniz dualarınız arasında bugünkü oyun var idi?
- Hər oyundan qabaq dua edirik ki, qalib gələk. Artıq bizim avrokuboklar şansımız qalmayıb. Ona görə hər dəfə ümid edirik ki, gözəl oyun göstərək. Hakimlərlə bağlı məsələlər var. Hər dəfə onların səhvi təsirini göstərir. Özünüz də görürsüz ki, hansısa oyunda hansısa epizodda penalti yox idi, ya var idi. Məsələn, "Araz-Naxçıvan"la, "Neftçi" ilə matçlar. Bu gün də əlavə vaxtı çox artırmaq olardı, amma olmadı. Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir.

- "Sumqayıt"ın premyer-liqadan düşmək təhlükəsi haqda düşünürsüz? Çünki "İmişli" bu gün qalib gələrək, sizinlə xal fərqini azaltdı..
- Düşünmürəm. Təbii ki, hər şey ola bilər. Altı oyun qalıb. Amma inanmıram ki, bu baş versin.

Chosen
2
9
football-plus.az

10Sources