EN

Data mərkəzləri Körfəz ölkələrindən Türkiyəyə köçürülə bilər

Yaxın Şərqdəki gərginlik və İranın Körfəzdəki Amerika texnologiya şirkətlərinin data mərkəzlərinə hücumları fonunda Qərb bulud məlumat mərkəzi infrastrukturunu Türkiyəyə köçürməyi düşünür.

3 milyard dollarlıq “Google Cloud-Turkcell” mərkəzinin təməlqoyma mərasimi may ayında Ankarada keçiriləcək və bu, Türkiyəyə rəqəmsal miqrasiya istiqamətində atılan ilk konkret addım olacaq.

Qəzet qeyd edib ki, “Ulduz qapısı” (“The Stargate”) layihəsinin bir hissəsi olaraq, Körfəz dövlətləri 2030-cu ilə qədər 500 milyard dollarlıq “rəqəmsal ekosistem” yaratmağa, vergi güzəştləri və ucuz enerji ilə texnologiya nəhənglərini cəlb etməyə çalışıblar. Lakin regiondakı qeyri-sabitlik bütün bu planları pozub.

Chosen
7
1
azpost.info

8Sources