EN

Macarıstanda seçici fəallığı rekord səviyyəyə çatıb

Macarıstanda keçirilən parlament seçkilərində seçici fəallığı rekord göstəriciyə yüksəlib.

Far.Az-in məlumatına görə, Milli Seçki Bürosu yerli vaxtla saat 17:00-a olan göstəricilərə əsasən fəallığın 74,23% olduğunu açıqlayıb.

Məlumata görə, səsvermə məntəqələri saat 19:00-dək fəaliyyət göstərəcək. Yekun nəticələrə hələ vaxt qalmasına baxmayaraq, bu göstərici 2022-ci il seçkiləri ilə müqayisədə daha yüksəkdir. Həmin il parlament seçkilərində ümumi fəallıq 69,53% təşkil etmişdi.

Chosen
17
far.az

1Sources