Bakı, 13 aprel, AZƏRTAC
İslamabadda ABŞ və İran arasında anlaşma memorandumu Amerika tərəfinin mövqeyi səbəbindən imzalanmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçinin X sosial şəbəkəsində paylaşımında bildirilib.
“İslamabad memorandumu razılaşmaya yaxınlaşanda biz amerikalı həmkarlarımız tərəfindən maksimalizm, şərtlərin davamlı dəyişdirilməsi və sərt mövqe ilə qarşılaşdıq”, – deyə o qeyd edib.
Nazirin sözlərinə görə, İran ABŞ ilə danışıqları xoş niyyətlə aparıb və son 47 ilin ən yüksəksəviyyəli nümayəndələrini İslamabada göndərib.