Pakistanda İranla nəticəsiz danışıqlardan sonra ABŞ prezidenti Donald Tramp və onun müşavirləri Tehranı güzəştə getməyə məcbur etmək üçün məhdud miqyasda olsa da, İrana qarşı zərbələri bərpa etmək imkanlarını araşdırırlar.
Musavat.com xəbər verir ki, bu iddia ilə The Wall Street Journal çıxış edib. Qəzetin məlumatına görə, İranın tammiqyaslı bombardmanının yenidən başlaması istisna edilmir. Lakin ABŞ-ın bundan sonrakı hərəkətləri üçün bu variant daha az ehtimal olunur, çünki bu, regionda vəziyyəti qeyri-stabilləşdirmək və Vaşinqtonu uzunmüddətli silahlı münaqişəyə cəlb etmək riskini daşıyır.
Nəşrin yazdığına görə, hər bir ssenari əhəmiyyətli risklər daşıyır. Tammiqyaslı hərbi əməliyyat davam edərsə, ABŞ silah ehtiyatlarını tükəndirmək riski ilə üzləşə, hərbi əməliyyatların intensivliyinin azalması isə ehranın qələbəsi kimi qəbul edilə bilər.
Musavat.com