EN

Polkovnik Cabbarov vəfat etdi

Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Cavid Cabbarov 42 yaşında vəfat edib.

Bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib.

Hərbçi uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, C.Cabbarov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ilk istehkamçı ixtisaslı məzunlarındandır.

O, Azərbaycan Ordusunun tabor komandiri olub.

Cavid Cabbarov 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin 44 günlük Vətən müharibəsində iştirak edib.

Xidməti dövründə şücaətinə görə dəfələrlə təltif edilib.


Telegram kanalımız
Chosen
20
13
yenisabah.az

10Sources