EN

Mançester Siti nin futbolçusu Premyer Liqada ən çox oyun keçirən portuqaliyalı oldu

ain.az bildirir, sport24.az portalına istinadən.

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva İngiltərə Premyer Liqasında ən çox oyun keçirən portuqaliyalı oyunçu olub. Sport24.az xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi 32-ci tur çərçivəsində "Çelsi"yə qarşı oyunda Premyer Liqada 297-ci oyununu keçirib.

Bernardo "Fulhem", "Vest Hem" və "Arsenal"ın keçmiş oyunçusu Luis Boa Morteni (296 oyun) geridə qoyub. İlk "üçlüy"ü Kriştiano Ronaldo (236) tamamlayır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
37
50
sport24.az

10Sources