EN

Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı vəfat etdi

Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Cavid Cabbarov vəfat edib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, uzun illər Azərbaycan Ordusu sıralarında xidmət etmiş zabit 42 yaşında dünyasını dəyişib.

Məlumata görə, Cavid Cabbarov xidmət etdiyi dövr ərzində yüksək peşəkarlığı və vətənə bağlılığı ilə seçilib. O, Aprel döyüşləri və Vətən müharibəsi zamanı iştirak edərək ölkənin ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə fəal rol oynayıb.

Bildirilir ki, şücaətinə görə dəfələrlə təltif olunan zabit həm döyüş meydanında, həm də xidmət illərində nümunəvi hərbçi kimi tanınıb.

Chosen
2
5
publika.az

6Sources