ABŞ Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) daxilində siyasətinin "çox ciddi" şəkildə nəzərdən keçirilməsini planlaşdırır.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Endryu hərbi bazasında jurnalistlərə deyib: "Biz NATO-ya trilyonlarla dollar xərcləyirik ki, onlara Rusiyaya qarşı əslində müdafiə olunsunlar. Düşünürsünüz, biz Rusiyaya qarşı müdafiədə dayanırıq. Mən uzun müddətdir ki, bunun bir az gülünc olduğunu düşünürəm. Amma biz bu fəaliyyətə trilyonlarla dollar xərcləyirik. Və düşünürəm ki, bu, çox ciddi şəkildə nəzərdən keçiriləcək".
Tramp yenə İrana qarşı əməliyyat zamanı dəstək almadığını önə çəkib: "Biz NATO üçün trilyonlarla dollar ödəyirik. Və onlar bizi dəstəkləmədilər".
Ondan İranla bağlı qərarlarından xüsusilə narazı olduğu müəyyən NATO müttəfiqlərini "cəzalandırmaq" üçün hər hansı bir tədbir görməyi planlaşdırıb-planlaşdırmadığı soruşulub. Prezident bu suala birbaşa cavab verməkdən yayınıb: "Görəcəyik necə olacaq. Mən NATO-dan çox məyus oldum; onlar bizə kömək etməyiblər".
Musavat.com