EN

Tramp NATO ilə bağlı ABŞ siyasətinə yenidən baxılacağını açıqladı

Ajans.az xəbər verir ki, Vaşinqton alyans çərçivəsində apardığı siyasəti yenidən qiymətləndirməyi planlaşdırır. Onun sözlərinə görə, ABŞ uzun illərdir NATO-nun maliyyə yükünün əsas hissəsini öz üzərinə götürür. “Biz NATO-ya trilyonlarla dollar xərcləyirik ki, digər ölkələr Rusiyaya qarşı müdafiə olunsun. Halbuki hesab edirəm ki, ilk növbədə biz özümüzü müdafiə etməliyik. Bu vəziyyət bir qədər məntiqsiz görünür və çox ciddi şəkildə nəzərdən keçiriləcək”, – deyə prezident Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərə açıqlamasında bildirib. Tramp həmçinin qeyd edib ki, bəzi NATO müttəfiqləri ABŞ-ın gözləntilərini doğrultmayıb. Xüsusilə İran ətrafında yaranmış vəziyyətə toxunan prezident, alyans tərəfdaşlarının Vaşinqtona kifayət qədər dəstək vermədiyini vurğulayıb. “Biz NATO üçün trilyonlarla dollar ödəyirik, lakin onlar bizi dəstəkləməyiblər. Bu, məyusedicidir”, – deyə o əlavə edib. ABŞ liderinə İran məsələsində narazı olduğu müttəfiqlərə qarşı hər hansı addım atıb-atmayacağı ilə bağlı sual verilsə də, o, konkret cavab verməyib.

“Görəcəyik necə olacaq”, – deyə prezident bildirib.

Chosen
24
50
Ajans.az

10Sources