ABŞ Prezidenti Donald Tramp Macarıstanda keçirilən seçkilərdə məğlub odu.
Publika.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Konstitusiya Komitəsinin üzvü Aleksey Puşkov səsvermənin nəticələrini şərh edərkən belə bir deyib.
O qeyd edib ki, Amerika lideri İranda rejim dəyişikliyinə uğursuz cəhd göstərsə də , Avropa İttifaqı (AB) Macarıstanda rejim dəyişikliyinə nail olub. "Macarıstanda AB tərəfdarı qüvvələrin qələbəsi Avropanı bugünkü ABŞ-dan daha da uzaqlaşdırır. Bundan sonra Qərb iki hissəyə - ABŞ və Avropa İttifaqına - bölünüb və artıq siyasi bir qurum kimi mövcud deyil", - deyə o, yekunlaşdırıb.