EN

Xəzərin biomüxtəlifliyinin qorunmasına 12 milyon dollara yaxın vəsait ayrıldı

Bakı.Trend:

Dünya Bankı “Xəzər dənizinin ekosisteminin bərpası: çirklənməninidarə olunması və bioloji müxtəlifliyin qorunması sahəsindəpotensialın yaradılması” adlı genişmiqyaslı ekoloji təşəbbüsünmaliyyələşdirilməsini təsdiqləyib.

Trend bu barədəbanka istinadən xəbər verir.

Azərbaycan və Mərkəzi Asiyanın iki ölkəsinin iştirakı ilə həyatakeçiriləcək layihə Xəzər dənizində çirklənmə ilə mübarizə vəbioloji müxtəlifliyin qorunması sahəsində regional əməkdaşlığıngücləndirilməsinə yönəlib. Maliyyələşdirmə paketi bu il aprelin8-də təsdiqlənib. Qlobal Ekoloji Fond (GEF) icraedici qurumlarqismində Dünya Bankına və BMT-nin Ətraf Mühit Proqramına 11,74milyon ABŞ dolları həcmində qrant ayırır. Vəsaitlər Azərbaycan,Qazaxıstan və Türkmənistanda layihənin həyata keçirilməsini təminetməyə yönəldiləcək.

Dünya Bankı dəyəri 8,24 milyon ABŞ dolları olan layihəniDirektorlar Şurasının müzakirəsinə çıxaracaq. Layihənin icraediciagent qismində BMT-nin Layihə Xidmətləri İdarəsi çıxış edəcək.Bundan əlavə, UNOPS ətraf mühit və sosial standartlar (ESF)çərçivəsində alətlərin hazırlanması, həmçinin üç iştirakçı ölkə iləqarşılıqlı fəaliyyətin koordinasiyası üçün 183 489 ABŞ dollarıməbləğində GEF-in hazırlıq qrantını (PPG) əldə edəcək.

Təşəbbüsün əsas məqsədi Azərbaycan, Qazaxıstan və Türkmənistanıninstitusional potensialını gücləndirməklə region ölkələrinəçirklənmənin idarə olunması mexanizmlərinin təkmilləşdirilməsi vəbioloji müxtəlifliyin qorunması tədbirlərinin genişləndirilməsiistiqamətində dəstək verməkdir. Layihə həmçinin dövlətlərin TehranKonvensiyası və onunla əlaqəli protokollar üzrə öhdəliklərininicrasına yönəlmiş mövcud səyləri tamamlayır.

Layihənin strukturu üç əsas komponentdən ibarətdir:

• çirklənmənin idarə olunması — 3,9 milyon ABŞ dolları;

• xüsusi mühafizə olunan təbiət əraziləri sisteminin inkişafı —3,9 milyon ABŞ dolları;

• layihənin idarə olunması — 443,12 min ABŞ dolları.

• xüsusi mühafizə olunan təbiət əraziləri sisteminin inkişafı —3,9 milyon ABŞ dolları;

Chosen
29
1
az.trend.az

2Sources