EN

Brent nefti 102,12 dollara yüksəlib

Bazar ertəsi səhər neftin qiymətləri kəskin yüksəlir, investorlar Yaxın Şərqdəki vəziyyəti qiymətləndirməyə davam edirlər.

Oxuməni.az xəbər verir ki, Bakı vaxtı ilə saat 9:14-ə qədər London ICE Futures birjasında Brent neftinin iyun fyuçersləri 6,92 dollar (7,27%) artaraq barel üçün 102,12 dollara yüksəlib. Cümə günü Brent nefti 0,72 dollar (0,75%) ucuzlaşaraq barel üçün 95,20 dollara düşmüşdü.

Bu vaxta qədər Nyu-York Əmtəə Birjasının (NYMEX) elektron ticarətində WTI-nin may fyuçersləri 8,16 dollar (8,45%) artaraq barel üçün 104,73 dollara yüksəlib. Əvvəlki sessiyada müqavilə 1,3 dollar (1,33%) ucuzlaşaraq barel üçün 96,57 dollara düşmüşdü.

ABŞ prezidenti Donald Tramp, həftə sonu İranla nüvə məsələsi üzrə razılığa gələ bilməyən danışıqların uğursuz olmasından sonra ölkəsinin Hörmüz boğazını blokadaya alacağını elan edib.

“Trading Economics” yazır ki, blokada yalnız İrandan yola düşən və ya İrana gedən gəmilərə şamil olunacaq və bazar ertəsi ABŞ-ın şərq sahil vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 18:00-da) başlayacaq.

Almaz Həsənli

Chosen
17
1
oxumeni.az

2Sources