EN

Azərbaycanlı müğənninin “Ağ şəhər”dəki dəbdəbəli EVİ - VİDEO

Müğənni Vəfa Şərifova yenidən diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, sənətçi "Ağ şəhər" ərazisində yerləşən dəbdəbəli mənzilini izləyicilərinə nümayiş etdirib. Onun paylaşdığı görüntülərdə evin müasir dizaynı, geniş otaqları, zövqlü interyeri və mənzərəsi diqqətdən yayınmayıb.

Sosial şəbəkələrdə qısa zamanda yayılan görüntülər istifadəçilər arasında geniş müzakirələrə səbəb olub. Onlar mənzilin dəbdəbəsi ilə bağlı müxtəlif fikirlər bildiriblər.

Qeyd edək ki, Vəfa Şərifova tez-tez şəxsi həyatı və paylaşımları ilə gündəmə gələn sənətçilər sırasındadır.

Hüseyn
Milli.Az

Chosen
18
1
milli.az

2Sources