Türkiyənin Antalya bölgəsinin Demre rayonunda 4.7 ballıq zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, seysmik hadisə Bakı vaxtı ilə saat 09:48-də qeydə alınıb. Yeraltı təkanların episentri 16.17 kilometr dərinlikdə olub.
İtki və dağıntı barədə məlumat verilməyib.