ABŞ prezidenti Donald Trump Truth Social hesabında paylaşım edərək Pope Leo XIV barədə sərt fikirlər səsləndirib.
Doğru.az xəbər verir ki, Tramp siyasətinə qarşı çıxan papaya ehtiyacı olmadığını bildirib.
Paylaşımında o qeyd edib: “İranın nüvə silahına sahib ola biləcəyini düşünən bir Papa istəmirəm. Amerikanın Venezuelaya hücum etməsinin dəhşətli olduğunu düşünən bir Papa istəmirəm və ABŞ prezidentini tənqid edən bir Papa istəmirəm”.
Tramp əlavə edib ki, əgər Ağ Evdə olmasaydı, “Aslan Vatikanda olmazdı”.
Xatırladaq ki, Papa daha əvvəl Iran xalqına zərər verilməməsinə çağırmış və İslam Respublikası xalqına qarşı təhdidləri qəbuledilməz adlandırmışdı. ABŞ Müdafiə Nazirliyi – Pentagon isə papadan sonra Vatikana irad bildirib.
DOĞRU.AZ