Metbuat.az xəbər verir ki, yeni lider ilk açıqlamasında Macarıstan üçün “təhlükəsizlik, sülh və azadlıq” vəd edib. O bildirib ki, hökumət vətəndaşların həyatına müdaxilə etməyəcək və ölkədə demokratik idarəetmə gücləndiriləcək. Magyar həmçinin korrupsiyaya qarşı mübarizə aparacaqlarını və dövlət xidmətlərini yaxşılaşdıracaqlarını vurğulayıb.
Ekspertlər bu seçkini Macarıstan üçün tarixi dönüş nöqtəsi kimi qiymətləndirir. Qeyd olunur ki, yeni hakimiyyət Avropa İttifaqı ilə münasibətləri bərpa etməyə və ölkənin beynəlxalq mövqeyini gücləndirməyə çalışacaq.