EN

İrandakı səfirliyimiz fəaliyyətini bərpa edib

İrandakı

XİN: Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edibAprelin 12-də Azərbaycanın İran İslam Respublikasındakı səfirliyi öz fəaliyyətini bərpa edib.Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat verib.Bildirilib ki, səfirlik ilkin mərhələdə səfir daxil olmaqla, məhdud sayda diplomatik və inzibati heyət ilə fəaliyyət göstərəcək.Təhlükəsizlik və təşkilati məsələlər nəzərə alınaraq, səfirliyin fəaliyyətinin mərhələli şəkildə tənzimlənməsi planlaşdırılır.Azərbaycan səfirliyinin İranda hərbi əməliyyatların dayandırılması və ikihəftəlik atəşkəsin elan olunmasından qısa müddət sonra fəaliyyətini bərpa etməsi Azərbaycanın qonşu və dost İran ilə münasibətlərə verdiyi xüsusi önəmin bariz nümunəsidir.Ölkəmiz regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində irəli sürülən təşəbbüsləri dəstəklədiyini bir daha bəyan edir.

Diqqət Çəkənlər

Tramp Hörmüz boğazına giriş və çıxışı bloklamağı tapşırıb

İrandakı səfirliyimiz fəaliyyətini bərpa edib

Chosen
11
19
ulusum.az

10Sources