EN

Bakıda dəhşətli qəza: Toyota yandı, ölən və xəsarət alanlar var VİDEO

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə gecə saatlarında paytaxtın Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində, Zığ dairəsi-Hava Limanı yolunda qeydə alınıb.

https://www.instagram.com/reel/DXD80U1ktFY/?utm_source=ig_web_copy_link

Belə ki, "Toyota" markalı avtomobil ilə "Hyundai" markalı yük maşınının toqquşması nəticəsində minik avtomobili alışıb. Hadisə nəticəsində "Toyota"da olan bir nəfər ölüb, iki nəfər isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ dairəsi-Hava Limanı yolunda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən "Toyota" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində nəqliyyat vasitəsinin mühərriki və salon hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub.

Qəza nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 1 nəfər həyatını itirib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
5
cebheinfo.az

6Sources