EN

“Macarıstanda nəticələr gələcək proseslərə təsir göstərəcək”

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Macarıstanda ötən gün keçirilən parlament seçkilərində son 16 il siyasi hakimiyyətdə olan, Fidesz partiyası və onun rəhbəri Viktor Orban, Tisza partiyasına və onun rəhbəri Peter Magyara uduzdu. Bundan sonra siyasi və iqtisadi proseslər hansı insiqamətdə gedəcək onu zaman göstərəcək”.

Gununsesi.info bildirir ki, bunu politoloq Amid Əliyev deyib:

“Amma, Orban bizim üçün onunla yadda qalacaq ki, birincisi, Aİ Ermənistana birtərəfli şəkildə maddi yardım göstərmək istəyəndə rəsmi olaraq Macarstan şəxsən Viktor Orban buna qarşı çıxaraq veto hüququndan istifadə etmişdir. Azərbaycana da eyni maliyyə yardımının edilməsinin tələbi qarşısında Aİ bu yardımı dayandırmağa məcbur olmuşdu. Növbəti isə Orbanın dövründə Macarıstan TDT daxilində müşahidəçi kimi bir neçə dəfə yüksək səviyyəli görüşlərdə iştirak etmiş və Azərbaycanın haqlı mövqeyini daima dəstəkləmişdi.

Siyasət dünyası heç də hər zaman arzular və istəklərin daima olaraq təkrarən reallaşacağı bir mübarizə meydanı deyil. Bu gün qalib olan mütləq bir gün məğlub olacaq”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
23
icma.az

1Sources