EN

BDU və Özbəkistanın Geoloji Elmlər Universiteti arasında anlaşma memorandumu imzalanıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 13 aprel, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) və Özbəkistan Respublikasının Geoloji Elmlər Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Memorandumda hər iki universitetin nəzdində olan fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planları və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Geoloji Elmlər Universitetinin rektoru Azam Kadırhodjaev imzalayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
3
azertag.az

5Sources