EN

Türkiyə 119 ölkədən 2700 dən çox FETÖ terrorçusunun ekstradisiyasını gözləyir

ain.az, Azertag saytına istinadən bildirir.

Ankara, 13 aprel, AZƏRTAC

Türkiyə 119 ölkədən “Paralel dövlət” terror təşkilatının (FETÖ) 2707 tərəfdarının ekstradisiyasını gözləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek jurnalistlərə bildirib.

Türkiyə Ədliyyə Nazirliyinin məlumatına görə, son illərdə FETÖ terrorçuları üçün ən çox ekstradisiya tələbi ABŞ-yə və Avropa İttifaqının 11 ölkəsinə göndərilib. Ankara ABŞ-dən 423, Almaniyadan 746, Fransadan 57, Birləşmiş Krallıqdan 81, Niderlanddan 217, Belçikadan 140, İsveçrədən 91, Norveçdən 40, Yunanıstandan 133, İsveçdən 49, Finlandiyadan 25 və Avstriyadan 21 FETÖ terrorçusunun ekstradisiyasını istəyib. Lakin hələlik təşkilatın bir üzvü də Ankaraya təhvil verilməyib.

A. Gürlek əlavə olaraq qeyd etdi ki, Türkiyə məhkəmə orqanları FETÖ tərəfdarlarının beynəlxalq axtarış siyahısına salınması üçün Ədliyyə Nazirliyinə 3937 sorğu təqdim edib.

“Yekun olaraq, 2863 şəxsin işi “qırmızı axtarış” məqsədilə İnterpola göndərilib. Lakin İnterpol heç bir sorğunu yerinə yetirməyib”, - deyə Türkiyənin ədliyyə naziri qeyd edib. Bu baxımdan, “Hürriyet” qəzeti yazır ki, Türkiyə ilə ABŞ və Almaniya kimi Qərb ölkələri arasında məhkəmə əməkdaşlığı müqavilələrinin mövcudluğuna baxmayaraq, ekstradisiya məsələsi isə bir yana qalsın, onlar heç FETÖ tərəfdarları ilə bağlı istintaqlara da başlamayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
2
azertag.az

3Sources