EN

“Azərbaycanla İranı bir-birinə bağlayan yalnız coğrafi yaxınlıq deyil, eyni zamanda...” - Ceyhun Məmmədov



“Bir neçə gün əvvəl İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vəfatının 40-cı günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsində təşkil olunan anım mərasimində deputat həmkarlarımla birlikdə iştirak etdik.

Bu cür mərasimlər ilk növbədə xalqlar arasında qarşılıqlı hörmətin, insani və mənəvi dəyərlərin ifadəsidir. 40 mərasimi İslam dünyasında xüsusi məna daşıyan, mərhumun xatirəsinin yad edildiyi və ehtiramın ifadə olunduğu mühüm ənənələrdən biridir. Belə mərasimlərin təşkili həm dini-mənəvi dəyərlərə hörmətin, həm də qarşılıqlı münasibətlərin göstəricisi kimi qiymətləndirilməlidir”.

Bunu Milli Məclisinin deputatı Ceyhun Məmmədov öz Facebook səhifəsində yazıb.

Deputat bildirib k, Azərbaycan ilə İranı bir-birinə bağlayan yalnız coğrafi yaxınlıq deyil, eyni zamanda ortaq tarix, mədəniyyət, dini dəyərlər və əsrlərlə formalaşmış münasibətlərdir. Bu cür anım mərasimləri də bu bağlılığın daha aydın şəkildə təzahür etməsinə, xalqlar arasında mənəvi yaxınlığın güclənməsinə xidmət edir: “Azərbaycan və İran arasında münasibətlər hər zaman qarşılıqlı hörmət, mehriban qonşuluq və əməkdaşlıq prinsipləri üzərində qurulub. Bu münasibətlərin qorunması və inkişaf etdirilməsi regionda sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Belə həssas dövrlərdə atılan addımlar dövlətlər arasında etimadın daha da möhkəmlənməsinə töhfə verir.

Eyni zamanda bu kimi tədbirlər xalqlar arasında qarşılıqlı anlayışı artırır, ortaq dəyərlərin qorunmasına xidmət edir və münasibətlərin yalnız siyasi deyil, həm də insani müstəvidə inkişaf etdiyini göstərir. Azərbaycan hər zaman qonşu dövlətlərlə mehriban münasibətlərin qorunmasına üstünlük verir və bu istiqamətdə atılan addımlar uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yaradır.

Düşünürəm ki, bu kimi yanaşmalar Azərbaycan–İran münasibətlərinin daha da inkişafına, qarşılıqlı etimadın güclənməsinə və regionda sabit, dostluq mühitinin formalaşmasına mühüm töhfə verir”.

ZÜMRÜD

Chosen
16
baki-xeber.com

1Sources