EN

Ehtiyatda olan polkovnik leytenant vəfat edib

Modern.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Cavid Cabbarov vəfat edib.Modern.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.Mərhumun uzun sürən xəstəlikdən sonra vəfat etdiyi bildirilib.Cavid Cabbarov Azərbaycan Ordusunda uzun müddət xidmət edib. Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Xidməti dövründə şücaətinə görə dəfələrlə təltif edilib.

Cavid Cabbarov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ilk istehkamçı ixtisaslı məzunlarından olub. Onun 42 yaşı vardı.

Mərhumun dəfn mərasimi dünən Beyləqan rayonunda olub.Allah rəhmət etsin!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
modern.az

1Sources