EN

Nəzarət tədbirləri ilə hesabat dövründə 15,4 mln. manat bərpa edilib

2025-ci ilin İş Planına əsasən dövlət vəsaitlərinin bərpası istiqamətində nəzərdə tutulan 101,5 milyon manata qarşı 93,9 milyon manat icra olunub.

"Unikal" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Digər tədbirlər – o cümlədən debitor və kreditor borcların bağlanması, müqavilə məbləğinin azaldılması və yerinə yetirilmiş işlərin ekspertizadan keçirilməsi üzrə isə planlaşdırılan 48,1 milyon manata qarşı cəmi 8,5 milyon manatlıq icra təmin edilib.

2024-cü ilin İş Planına uyğun olaraq üzrə nəzarət tədbirləri ilə hesabat dövründə 15,4 mln. manat bərpa edilmiş, 2024-cü ildən əvvəlki illərin iş planları üzrə daha 6,7 min manatın 2 qurum tərəfindən müvafiq büdcələrə bərpası təmin olunub.

Anar Kəlbiyev

Chosen
2
4
unikal.az

10Sources