EN

Bakıda və rayonlarda əməliyyat: DİN-dən ardıcıl reydlər

Aprelin 11-də və 12-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 7 avtomat silahı, 1 pulemyot, 1 tapança, 2 qumbara, 3 alışdırıcı, 19 patron darağı və 526 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Chosen
11
9
turkustan.az

10Sources