EN

Övladına görə tanınmaz hala düşən Zöhrə Abdullayevanın həyatı BAKU TV

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Retro Baku" verilişinin yeni buraxılışı Əməkdar artist, müğənni Zöhrə Abdullayevaya həsr olunub.

Sənətkarın yaxınları BAKU.TV-yə bildiriblər ki, oğlunun vəfatı onun həyatında dönüş nöqtəsi olub.

Müğənni Məmmədbağır Bağırzadənin oğlu Rəhim Bağırzadə mərhum sənətkarın yaşadığı ağrını belə xatırlayıb: "Ölümündən qabaq da deyərdi o sözləri ki, mənim bir belimi Məmmədbağır sındırdı, bir də oğlum".

Yaxınlarının sözlərinə görə, Zöhrə Abdullayeva oğluna son dərəcə bağlı bir ana idi və bu ağır itki onun səhhətinə ciddi təsir göstərib.

Müğənni İzzət Bağırov isə sənətkarın yaşadığı mənəvi sarsıntını belə ifadə edib: "Övlad itkisinə qalib gələ bilmədi, güc gələ bilmədi".

Əməkdar artist Ruhəngiz Musəvi də Zöhrə Abdullayevanın bu itki qarşısında göstərdiyi dözümü xatırlayaraq deyib: "Dedi ki, yerimdə başqası olsa, çoxdan havalanmışdı. Amma görürsünüz, Allah məni qoruyub".

Ətraflı videoda:

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
baku.ws

1Sources