EN

İran ordusu: ABŞ və İsrail gəmilərinin Hörmüz boğazından keçid haqqı olmayacaq

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçmək haqqı yoxdur və olmayacaq.

“Fars” agentliyinin xəbərinə görə, bu barədə Xatəmül-Ənbiya Mərkəzi Qərargahının bəyanatında qeyd olunub.

“Düşmənə bağlı olan gəmilərin Hörmüz boğazından keçməyə haqqı yoxdur və olmayacaq. Digər gəmilər isə İran İslam Respublikasının Silahlı Qüvvələrinin təyin etdiyi qaydalara riayət etməklə əvvəlki kimi boğazdan keçə biləcəklər”,- bəyanatda bildirilib.

Əlavə edilib ki, müharibə başa çatdıqdan sonra da İran Hörmüz boğazına nəzarət üçün daimi bir mexanizm tətbiq edəcək.

“Əgər İran İslam Respublikasının limanlarının təhlükəsizliyi təhdid olunsa, Körfəz və Oman dənizində heç bir liman təhlükəsiz olmayacaq”,-xəbərdarlıq edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
9
apa.az

10Sources