EN

Dələduzların tələsinə düşməyin: 2026 cı ilin ən təhlükəli 5 cümləsi

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiyanın informasiya təhlükəsizliyi üzrə ekspert Artem Jadayev bu il banklara və hüquq-mühafizə orqanlarına edilən şikayətlər əsasında dələduzların ən çox işlətdiyi beş əsas ifadəni açıqlayıb. Bu cümlələr insanların həm şəxsi məlumatlarını, həm də pullarını ələ keçirmək üçün bir növ "tələ" rolunu oynayır.Demokrat.az "gazeta"ya istinadla bildirir ki, birinci təhlükəli ifadə dövlət portalları ilə bağlıdır. "Hesabınız sındırılıb, indi sizə kod gələcək, onu diktə edin" deyən şəxslərə qətiyyən inanmaq olmaz. Dövlət qurumlarının əməkdaşları heç vaxt təsdiqləmə kodunu telefonla tələb etmirlər. Bu, birbaşa şəxsi kabinetinizə giriş əldə etmək cəhdidir.İkinci geniş yayılmış yalan kreditlərlə bağlıdır. "Adınıza kredit rəsmiləşdirilir, vəsaiti təhlükəsiz hesaba köçürün" ifadəsi tamamilə uydurmadır. Bank sistemində "təhlükəsiz hesab" anlayışı yoxdur və bu termin yalnız dələduzların lüğətində mövcuddur.Ekspertin qeyd etdiyi digər ifadələr bunlardır:“İnvestisiya hesabı açın, gəlir zəmanətlidir” – Birjada heç vaxt zəmanətli gəlir olmur.“Hesabınızdan qanunsuz maliyyələşmə aparılır, sizi orqanlarla əlaqələndiririk” – Hüquq-mühafizə orqanları maliyyə məsələlərini telefonla həll etmir.“Bu şəkildəki sənsən?” – Mesencerlərdə göndərilən bu sual və yanındakı link şəxsi məlumatlarınızı oğurlamaq üçün istifadə edilən virusdur.Azərbaycan reallığında da buna bənzər üsullar tez-tez müşahidə olunur. Ölkəmizdə dələduzlar əsasən kart məlumatlarını əldə etmək üçün "sosial yardımların verilməsi" və ya "müsabiqədə qalib gəlməyiniz" kimi bəhanələrlə saxta linklər göndərirlər. Xüsusilə bank kartının son üç rəqəmini (CVV) və ya SMS kodunu istəyən hər kəs dələduzdur.Ən düzgün addım şübhəli zəngləri dərhal sonlandırmaq və naməlum linklərə daxil olmamaqdır. Hər hansı şübhə yarandıqda birbaşa bankın rəsmi qaynar xətti ilə əlaqə saxlamaq ən etibarlı yoldur.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
demokrat.az

1Sources