
Əgər Çin İrana hərbi yardım göstərsə, ABŞ ona 50% tarif tətbiq edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına verdiyi müsahibədə bildirib.
“Əgər onları bunu edərkən görsək, 50% rüsum tətbiq ediləcək, bu, heyrətamiz bir rəqəmdir", - deyə o, məsələ ilə bağlı suala cavab olaraq bildirib.