EN

Tehran ABŞ-nin İrana qarşı dəniz blokadası qərarını qanunsuz adlandırıb

ABŞ-nin İrana qarşı dəniz blokadası qərarı qanunsuzdur və piratçılıq təşkil edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfəqari bildirib.

İran dövlət televiziyası onun sözlərinə istinadən bildirib ki, cinayətkar Amerikanın beynəlxalq sularda dəniz nəqliyyatına qoyduğu məhdudiyyətlər qanunsuzdur və dəniz piratçılığı təşkil edir.

İran Silahlı Qüvvələrinin Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü bildirib ki, İran Hörmüz boğazında gəmi hərəkətini izləmək üçün daimi mexanizm tətbiq edəcək. İran limanları təhlükə altında olarsa, Fars körfəzindəki heç bir liman təhlükəsiz qalmayacaq.

Chosen
24
ucnoqta.az

1Sources