EN

Vüqar Gülməmmədov: "Yeni satınalma qanunu üzrə 3 əsas təklif hazırlanıb"

Azərbaycanda dövlət satınalmaları sahəsində yeni qanunun tətbiqi ilə bağlı aparılan təhlillər nəticəsində 3 əsas təklif hazırlanıb.

"Far.Az" xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, dövlət satınalmaları haqqında yeni qanunun qüvvəyə minməsindən sonra bu sahə üzrə 2 illik fəaliyyət təhlil edilib və mövcud problemlər müəyyənləşdirilib: "Aparılan təhlillər əsasında satınalma proseslərinin daha səmərəli təşkili, şəffaflığın artırılması və inzibatçılığın təkmilləşdirilməsi istiqamətində 3 əsas təklif hazırlanıb. Təkliflər dövlət satınalmaları üzrə idarəetmənin gücləndirilməsinə və mövcud çətinliklərin aradan qaldırılmasına yönəlib".

Sədr əlavə edib ki, bu istiqamətdə təkliflərin həyata keçirilməsi satınalma proseslərinin daha effektiv və nəticəyönümlü təşkilinə imkan verəcək.

Chosen
17
1
far.az

2Sources