EN

Bakıda ağır qəza: “Toyota” yandı, ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə gecə saatlarında paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda qeydə alınıb.

Belə ki, "Toyota" markalı avtomobil ilə "Hunday" markalı yük maşınının toqquşması nəticəsində minik avtomobili alışıb. Hadisə nəticəsində "Toyota"da olan 1 nəfər ölüb, 2 nəfər isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Chosen
1
5
publika.az

6Sources