EN

Böyük Britaniya Hörmüz boğazının blokadasında iştirak etməkdən imtina edib

Böyük Britaniya ABŞ-ın Hörmüz boğazını blokadada saxlamaq əməliyyatında iştirak etməkdən imtina edib. Oxuməni.az xəbər verir ki, bu barədə “Sky News” Britaniya hökumətindəki mənbəyə istinadən verdiyi məlumatda bildirilir. Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Britaniya gəmiçilik zolağını təmizləmək üçün minaaxtaranlarla təmin edəcək.

Sky News-un mənbəyi bildirib ki, "Biz qlobal iqtisadiyyatı dəstəkləmək və Böyük Britaniyada yaşayış xərclərini azaltmaq üçün vacib olan naviqasiya azadlığını və Hörmüz boğazının açılmasını dəstəkləməyə davam edirik".

Mənbə əlavə edib ki, Böyük Britaniya Fransa və digər tərəfdaşlarla birlikdə "təcili olaraq" "naviqasiya azadlığını müdafiə etmək üçün geniş koalisiya" qurmaq üzərində işləyir. Sky News mənbəyi Hörmüz boğazından keçid üçün rüsum almağı qəbuledilməz adlandırıb.

Donald Tramp Pakistanda Amerika və İran nümayəndə heyətləri arasında danışıqlardan sonra ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazını blokadaya aldığını elan edib. İslam İnqilabı Keşikçiləri Korpusu marşrutu izlədiyini və hər hansı bir gəminin ona yaxınlaşmasının "qəti şəkildə qarşısını alacağını" vəd edib.

Almaz Həsənli

Chosen
33
50
oxumeni.az

10Sources