EN

Məşhur kanalların administratorları SAXLANILDI – VİDEO

Rusiyada maliyyə kanallarının administratorları saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

Rusiyada populyar maliyyə teleqram kanallarının administratorları birja manipulyasiyası ittihamı ilə saxlanılıb.

Federal Təhlükəsizlik Xidmətinin (FTX) məlumatına görə, cinayətkar qrup 19 iri Rusiya şirkətinin səhmləri və digər qiymətli kağızları ilə bağlı 55 mindən çox qanunsuz əməliyyat həyata keçirib.

Saxlanılan şəxslər “MarketsMoneyPower /RDV”, “Mosbirja canavarı” və “RÇB siqnalları” kimi geniş auditoriyaya malik maliyyə kanallarını idarə ediblər.

Onlar “Pump & Dump” (süni qiymət artımı və satış) strategiyasından istifadə ediblər.

Kanallar vasitəsilə aktivlərin “cəlbedici” olması barədə yalançı “insayd” məlumatları yayaraq qiyməti süni şəkildə qaldırıb, daha sonra isə yüksək qiymətlə öz aktivlərini kütləyə satıblar.

Bu maxinasiyalar nəticəsində təşkilatlanmış qrup üzvləri xüsusilə külli miqdarda qanunsuz gəlir əldə ediblər.

Faktla bağlı cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
37
interpress.az

1Sources