EN

Neft hasilatı 6,6 milyon tona çatıb

 2026-cı ilin yanvar–martında ölkədə 6,6 mln ton neft (kondensatla birlikdə) hasil edilib. Bu barədə Energetika Nazirliyindən bildirilib. 

Hasilatın əsas hissəsi 3,9 mln tonla “Azəri-Çıraq-Günəşli”, 0,9 mln tonla “Şahdəniz”, 0,1 mln tonla “Abşeron” yataqlarının payına düşüb. SOCAR üzrə hasilat isə 1,7 mln ton təşkil edib.

Hesabat dövründə 5,2 mln ton neft ixrac olunub, bunun 4,8 mln tonu konsorsiumların, qalan hissəsi isə SOCAR və digər operatorların payına düşüb.

Eyni dövrdə ölkədə 12,6 mlrd kubmetr təbii qaz hasil edilib, qaz ixracı isə 6,5 mlrd kubmetr olub. İxracın 3 mlrd kubmetri Avropaya, 2,4 mlrd kubmetri Türkiyəyə, 0,8 mlrd kubmetri Gürcüstana, 0,3 mlrd kubmetri Suriyaya yönəldilib.

Orta gündəlik neft hasilatı 555 min barel, qaz hasilatı isə yüksək səviyyədə davam edib.

Gülnar Nazimqızı 

Chosen
2
1
anews.az

2Sources