EN

Rusiyada azərbaycanlı keçmiş diaspor rəhbəri və onun oğluna hökm oxunub

Bakı. Trend:

Rusiyada Azərbaycanın Uraldakı diasporunun keçmiş rəhbəri ŞahinŞıxlinskinin cəza müddəti 24 ilə qədər artırılıb, onun oğluna isəhüquq-mühafizə orqanları əməkdaşına hücu işi üzrə 8 il həbs cəzasıverilib.

Trend bu barədəRusiya KİV-ə istinadən xəbər verir.

Yekaterinburqun Kirov rayon məhkəməsinin hakimi AleksandraYevladova Şahin Şıxlinskini ciddi rejimli cəzaçəkmə müəssisəsində24 il, onun oğlu Mutvali Şıxlinskini isə ümumi rejimli cəzaçəkməmüəssisəsində 8 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə hər iki şəxsi ötən yay diaspor rəhbərinin saxlanılmasızamanı hüquq-mühafizə əməkdaşına qarşı zor tətbiq etməkdə (CinayətMəcəlləsinin 318-ci maddəsinin 2-ci hissəsi) təqsirli bilib.

Dövlət ittihamçısı Şahin Şıxlinski üçün ciddi rejimli koloniyada24 il, onun oğlu və icma sədrinin müavini Mütvəli Şıxlinski üçünisə ümumi rejimli koloniyada 9 il cəza tələb etmişdi.

Xatırladaq ki, ötən ilin iyun ayında Rusiya hüquq-mühafizəorqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyatkeçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə ikiazərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları həlak olublar.Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbsolunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmişcinayət ittihamları irəli sürülüb. Daha sonra YekaterinburqdaAzərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu MutvalıŞıxlinski saxlanılıb.

Məqalədə:
Chosen
8
2
az.trend.az

3Sources