EN

Kasıb insanların bədəni daha çox ağrıyır – Yeni araşdırma


Aşağı gəliri olan və maddi çətinlik yaşayan insanların daha çox bədən ağrısı hiss etdiyi və ağrıya daha az dözə bildiyi müəyyən edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Psychological Science” jurnalında dərc olunan məqalədə qeyd olunub.
Məlumata görə, ABŞ-də aparılan araşdırmada müxtəlif ölkələrdən ümumilikdə 33 min 720 nəfər iştirak edib. İştirakçılar aylıq gəlirləri və ailə üzvlərinin sayı barədə məlumat təqdim ediblər.
Daha sonra onlardan bir gün əvvəl fiziki ağrı hiss edib-etmədikləri soruşulub. Nəticələr göstərib ki, aşağı gəlirli insanlar yaşadıqları ölkədən asılı olmayaraq daha çox fiziki ağrı hiss edirlər.
Xüsusilə işsiz və ya gəliri sabit olmayan şəxslərdə bədən ağrılarının daha çox müşahidə olunduğu bildirilir.
Qeyd olunub ki, bu təsir yalnız real işsizliklə bağlı deyil. Ətrafda iqtisadi problemlərlə bağlı xəbərlərin çox olması və insanların gələcəklə bağlı narahatlıq yaşaması da bədəndə oxşar reaksiyalara səbəb ola bilər.
Chosen
6
1
yeniavaz.com

2Sources