EN

Deputat: 1 milyard manatdan çox nöqsan və təhriflər aradan qaldırılıb

BAKI, 13 aprel. TELEQRAF

"Hesablama Palatasının hesabatında mühüm müsbət istiqamətlərdən biri ondan ibarətdir ki, palatada strateji yanaşma və planlaşdırma yaxşı səviyyədədir".

Teleqraf xəbər verir ki, bunu sədri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili komitənin bugünkü iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, 2021–2025-ci illərin strateji planlarında 90 faizdən çox icra təmin olunub. KPI indikatorlarının 90-dan çoxu təsdiq edilib. 2022–2026-cı illər üçün də strateji plan qəbul olunub: “Bu planın qəbul olunmasında biz də iştirak etmişik. Mənim və eyni zamanda parlamentin digər komitə idarələrinin iştirakı olub. Bu isə onu göstərir ki, planın qəbulunda parlament və palata arasında sıx əməkdaşlıq mövcuddur. Bu da palatanın institusional baxımdan kifayət qədər yaxşı səviyyədə olduğunu göstərir.

Deputat vurğulayın ki, ikinci müsbət məqam beynəlxalq əsaslara və standartlara uyğunluq palatada təmin olunub: “Bu, həm daxildə, həm də xaricdə palatanın fəaliyyətinə olan inam və etibarı nümayiş etdirir.

Üçüncüsü, audit dairəsinin genişliyi qeyd oluna bilər. Mən hesab edirəm ki, audit sahəsinin genişliyi palatanın fəaliyyətinin əsas istiqamətlərindən biridir. Eyni zamanda bu istiqamətdə yeni alətlərin tətbiqi və digər tərəfdaşların verdiyi dəstək bu nəticələrin əldə olunmasına imkan yaradır.

Dördüncüsü, büdcə prosesində aktiv iştirakdır. Palata həm layihələrin qəbul olunmasında, həm də icra prosesində kifayət qədər fəal iştirak edir. Son dövrdə palatanın verdiyi tövsiyələr göstərir ki, bu qurum artıq təkcə auditor orqanı deyil, eyni zamanda fiskal siyasətin formalaşmasına təsir edən mühüm institutlardan birinə çevrilib. Bu, həqiqətən də son dövrdə əldə olunmuş çox mühüm nəticələrdən biridir və parlament də bu imkanlardan səmərəli istifadə edir".

Tahir Mirkişi qeyd edib ki, beşinci müsbət cəhətlərdən biri rəqəmsal informasiya və rəqəmsallaşma istiqamətində atılan addımlardır. Bu sahədə qəbul olunan qərarlar, xüsusilə süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi müsbət qiymətləndirilir. Hesabatda bu istiqamətdə də müxtəlif yanaşmalar əksini tapıb:

“Sonuncu müsbət məqamlardan biri tövsiyələrin real təsiri ilə bağlıdır. Hesablamalara görə, bu tövsiyələr nəticəsində 1 milyard manatdan çox nöqsan və təhriflərin aradan qaldırılması, eyni zamanda büdcə uçotunda ciddi düzəlişlərin aparılması təmin olunub. Bu da palatanın hesabatında ən mühüm və müsbət göstəricilərdən biri kimi qeyd edilir”.

Chosen
1
1
teleqraf.com

3Sources