EN

Silvadan Premyer Liqada yeni rekord

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardu Silva İngiltərə Premyer Liqasında rekord müəyyənləşdirib.

İdmanxeber.az-ın məlumatına görə, “Çelsi” üzərində 3:0 hesablı qələbə ilə başa çatan oyunda meydana çıxan portuqaliyalı futbolçu liqada 297-ci matçını keçirərək Luiş Boa Mortenin rekordunu (296 oyun) geridə qoyub.

Bu siyahıda Kristiano Ronaldo 233 oyunla üçüncü pillədə qərarlaşıb.

Bernardu Silva 2017-ci ildən “Mançester Siti”də çıxış edir və mövsümün sonunda komandadan ayrılması gözlənilir.

Chosen
4
idmanxeber.az

1Sources