EN

Qalibafdan Vaşinqtona sərt mesaj: Döyüşsəniz, döyüşərik

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Pakistanda ABŞ ilə danışıqlarda iştirak edən İran Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ölkəsinə qayıtdıqdan sonra mətbuat nümayəndələrinə açıqlama verib.

"Cebheinfo.az" xəbər verir ki, müzakirələrin "çox intensiv, ciddi və çətin" keçdiyini bildirən Qalibaf ABŞ tərəfinə etibar etmədiklərini əvvəlcədən söylədiklərini, çünki iki dəfə danışıqların ortasında onlara hücum edildiyini deyib.

Qalibaf 20 saatdan çox davam edən görüş keçirdikləri üçün İran heyətinə təşəkkür edərək ABŞ tərəfindən edilən təhdidlərin İran xalqı üzərində bir təsirinin olmadığını və bunu sübut etdiklərini bildirib.

"Əgər ABŞ özü üçün bir çıxış yolu tapmaq istəyirsə, tək bir yol var, o da qərar vermək və İran xalqının etibarını qazanmaqdır", - deyən Qalibaf ABŞ-yə belə səslənib: 

"Əgər döyüşsəniz, döyüşərik və əgər məntiqlə yanaşsanız, biz də məntiqlə cavab verərik. Heç bir təhdidə boyun əyməyəcəyik. İradəmizi bir daha sınağa çəkəcəkləri təqdirdə, onlara daha böyük bir dərs verəcəyik".

Nigar Hacılı 

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
1
cebheinfo.az

2Sources