ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Paytaxtın Yasamal rayonu, Tbilisi prospektində dayanma-durma qaydalarını pozan sürücülər kameraya düşüb.
Bu barədə məlumat Avtosfer.az-ın “WhatsApp” ünvanına izləyici tərəfindən göndərilib. Kadrlardan görünür ki, 99-EP-645 dövlət nömrə nişanlı “Mercedes” markalı, 99-DU-158 dövlət nömrə nişanlı “Mercedes” markalı, 90-SO-216 dövlət nömrə nişanlı “Mercedes” markalı və 90-LA-805 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobillərin sürücüləri nəqliyyat vasitələrini piyadalar üçün nəzərdə tutulmuş səkiyə yaxın ərazidə park ediblər.
Bu vəziyyət nəticəsində piyadaların hərəkəti çətinləşib və onlar məcbur qalaraq avtomobillərin intensiv hərəkət etdiyi yola çıxıblar.
İzləyicinin sözlərinə görə, ərazidə bu kimi hallara mütəmadi rast gəlinir və əsasən taksi fəaliyyəti göstərən sürücülərin dayanma-durma qaydalarını pozduğu müşahidə olunur. Bu isə həm piyadalar üçün təhlükə yaradır, həm də yol hərəkətinin təhlükəsizliyini pozur.
Nərmin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.