EN

“Kəpəz”in yubileyi uğursuz oldu

Misli premyer-liqasının 27-ci turu “Kəpəz” üçün əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, Gəncə təmsilçisi ölkə çempionatının yüksək dəstəsində 350-ci səfər oyununu keçirib. Bu yubiley “Karvan-Yevlax”la matça təsadüf edib.

"Kəpəz” rəqib meydanlarında 164-cü məğlubiyyətini alıb – 1:4. Hesabında 100 qələbə olan qərblilər 86 matçdan bir xalla ayrılıb. 393 qola sevinən Gəncə təmsilçisi 538 top buraxıb.

“Kəpəz” çempionatın tarixində 350 və daha çox səfər matçı keçirən 4-cü komandadı. Yalnız “Qarabağ”, “Neftçi” və “Şamaxı”nın hesabında daha çox səfər görüşü var.

Chosen
1
15
football-plus.az

10Sources