FIBA dünən başa çatan Yeniyetmələrin Çempionlar Liqasının (U-18) ən yaxşı beş basketbolçusunun adını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, həmin "beşlik"də Azərbaycanın "Sabah"ın mərkəz oyunçusu Emmanuel Aqbason da yer alıb.
Emmanuel Aqbason qrup mərhələsinin ikinci turunda Almaniyanın "Porşe BBA Lüdviqsburq" klubu ilə oyunda (72:61) 28 xal, 20 ribaund və 8 blok-şotla yadda qalaraq turnirin tarixinə düşmüşdü.
Qeyd edək ki, bu turnirdə ilk dəfə iştirak edən "Sabah" yarışı 7-ci yerdə başa vurub.