EN

Holann İspaniya nəhəngi üçün bütün təklifləri rədd etdi

“Mançester Siti”nin hücumçusu Erlinq Holann karyerasını İspaniyada davam etdirmək istəyir. Metbuat.az xəbər verir ki, futbolçu “Barselona”ya transfer olmaq istəyir."El Nacional" nəşrinin iddiasına görə, 25 yaşlı futbolçu bu səbəbdən cari mövsümdə ona edilən bütün transfer təkliflərindən imtina etməyə razıdır. Məlumata görə, Holann “Barselona”nın hazırda onun maliyyə tələblərini qarşılaya bilmədiyini anlayır.

Bildirilir ki, tərəflər arasında mümkün transferin 2027-ci ildə reallaşması hədəflənir. Qeyd olunur ki, norveçli futbolçu bu tarixə qədər “Mançester Siti”də çıxışını davam etdirməyi nəzərdən keçirir.

Chosen
7
metbuat.az

1Sources