EN

Qərar verildi - Keşlədəki bu binalar söküləcək

Bakı şəhərində həyata keçirilən yenidənqurma tədbirləri çərçivəsində daha bir ərazidə söküntü işlərinə başlanılır.

“Yeni Sabah”ın əldə etdiyi etdiyi xəbərə görə, paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində istismar müddətini başa vurmuş və plana düşmüş, “mordovan” adlandırılan binaların sökülməsi nəzərdə tutulub.

Həmin iki mərtəbəli evlərin yerində çoxmərtəbəli binalardan ibarət yeni yaşayış massivi salınacaq.

Hazırda layihəni icra edəcək tikinti şirkətləri ilə yerli sakinlər arasında kompensasiya və köçürülmə şərtlərinə dair danışıqlar aparılır. Söküntü işlərinin qəsəbənin infrastrukturunun yenilənməsi məqsədilə həyata keçirildiyi bildirilir.

Qeyd edək ki, “mordovan” yaxud “qamışlıq” kimi tanınan iki mərtəbəli binalar İkinci Dünya müharibədən sonrakı ilk illərdə inşa edilib. Tikintidə qamışdan da geniş istifadə olunub. Bu evlərin bəziləri sonradan kənardan daşla üzlənərək müasir görkəm alsa da, daxili karkasları hələ də həmin dövrün yadigarı olan qamış bağlamalarından ibarətdir.

Hazırda Keşlədə qalan qamış evlərin böyük əksəriyyəti təxminən 70-100 il əvvəlki tarixin izlərini daşıyır.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
31
13
yenisabah.az

10Sources