EN

Qadınların ən böyük stres mənbəyi kişilərdir - Araşdırma

Evli qadınların ən böyük stres mənbəyi kişilərdir.

Azreform.info xəbər verir ki, bu barədə İtaliyanın Padua Universitetinin apardığı araşdırmada bildirilir.

Tədqiqata görə, qadınların gündəlik həyatda yaşadıqları stres uşaqlarından daha çox kişilərdən qaynaqlanır.

Mütəxəssislər bu vəziyyəti “emosional əmək balansının pozulması” adlandırır.

Qeyd edilir ki, qadınların ərlərinin də yerinə məsuliyyət götürməsi onlarda ciddi zehni yük yaradır.

Bu yük isə uşaq böyütməklə müqayisədə 85% daha çox zehni yorğunluğa səbəb olur.

Evlilikdə məsuliyyətlərin balanslı bölüşdürülməməsinin münasibətlərdə vacib stres faktorlarından biri olduğu vurğulanır.

Billurə

Chosen
1
2
azreform.info

3Sources