EN

Sabiq nazir: Azərbaycan bunu iki dəfə etməyəcək! İrəvan seçim qarşısında

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Mən erməni və Azərbaycan ictimaiyyətinin mütəmadi görüşlərinin keçirilməsi təşəbbüsünü dəstəkləyirəm. Bu görüşlər mahiyyət etibarilə bir növ maarifləndirici dərs rolunu oynayır, yəni erməni tərəfi reallıqları öyrənməyə başlayır”.

Globalinfo.az xəbər verir ki, bunu politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O qeyd edib ki, hazırda geosiyasi, hərbi və iqtisadi vəziyyət qəti və geri dönməz şəkildə Azərbaycanın xeyrinə dəyişib:

“Artıq Qarabağı Ermənistana birləşdirmək planı ölkəmiz tərəfindən darmadağın edilib. Bu gün Ermənistan getdikcə güclənən Türk Dövlətləri Təşkilatı (TDT) sivilizasiya layihəsinin mərkəzində Rusiyanın köhnə təsirinin qalığı kimi təsvir olunur”.

T.Zülfüqarov Ermənistanın seçim qarşısında olduğunu da vurğulayıb:

“Ya Türk Dövlətləri Təşkilatı layihəsinə qarşı duran xarici qüvvələrin aləti olmaqdan imtina etməlidirlər, ya da dövlət kimi tam tənəzzülə uğramalıdırlar.

Azərbaycan müharibədən sonra başladığı sülh planına əməl edir və Ermənistanda sülh istəyən insanlara iki ölkə arasında uzunmüddətli yaxşı münasibətlər qurmaq üçün imkan verir. Ümid edirəm ki, ermənilər sülhə mane olmağın onların ölkəsinə ziyan verəcəyini anlayacaqlar. Biz Azərbaycanda yeni müharibələr istəmirik, lakin qarşılıqlı faydalı mehriban qonşuluq təklifini iki dəfə irəli sürməyəcəyik!”.

Xatırladaq ki, Qəbələ şəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli dəyirmi masa çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüş baş tutub. Görüş zamanı Hikmət Hacıyev iştirakçılarla fikir mübadiləsi aparıb, həmçinin erməni nümayəndə heyətinin suallarını cavablandırıb. Görüşdə Azərbaycan hökumətinin sülh gündəliyinə sadiqliyi vurğulanıb.

Əliyar Xəlil

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
globalinfo.az

1Sources