EN

Ötən il büdcədə aşkarlanan maliyyə uyğunsuzluqlarının MƏBLƏĞİ AÇIQLANDI

Büdcəyə hesablanmış zərərin 101,5 milyon manatı üzrə vəsaitin bərpası, 40,2 milyon manatı üzrə isə müvafiq materialların hüquq-mühafizə orqanlarına göndərilməsi barədə qərar qəbul edilib.

Day.Az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 13-də keçirilən iclasında müzakirəyə çıxarılmış Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, yoxlamalara, həmçinin Dövlət Neft Fondu, İcbari Tibbi Sığorta Fondu, Naxçıvan Muxtar Respublikasının büdcəsi və qeyri-büdcə vəsaitləri də daxil edilib.

Yoxlama tədbirlərində gəlir və xərclərin proqnozlaşdırılması, hesablanması, icrası və digər öhdəliklərin yerinə yetirilməsi uyğunluq, maliyyə və səmərəlilik elementləri aspektindən qiymətləndirilib. Yoxlama tədbirləri ilə uyğunluq elementləri üzrə pozuntu 584,8 milyon manat, maliyyə təhrifləri 626,3 milyon manat, səmərəsiz xərclər 342,9 milyon manata bərabər olub.

Uyğunluq elementləri üzrə aşkarlanmış maliyyə pozuntularının 170,4 milyon manatını büdcəyə hesablanmış zərər təşkil edib. Büdcəyə hesablanmış zərərin 101,5 milyon manatı üzrə vəsaitin bərpası, 40,2 milyon manatı üzrə isə müvafiq materialların hüquq-mühafizə orqanlarına göndərilməsi barədə qərar qəbul edilib.

28,7 milyon manatının əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması fonunda bu məbləğin bərpası istiqamətində birbaşa tədbir müəyyənləşdirilməmiş, bu ödənişlərin müvafiq qaydada dayandırılması barədə qərar verilib.

Chosen
1
11
day.az

10Sources