Yazını böyüt
Yazını kiçilt
Qubanın dağlıq ərazilərinə qar yağır. Hazırda Xınalıq kəndində qarın hündürlüyü 10 santimetrə çatır.
Hafta.az xəbər verir ki, ötən günlərdən yağan qar Quba rayonunun Susay-Xınalıq avtomobil yolunda maraqlı mənzərə yaradıb.
Susay və Qalaxudat kəndləri istiqamətində yolun bəzi çökək hissələrində qarın hündürlüyü 3 metrə çatır.
Qar kütləsi texnika vasitəsilə yolun hərəkət hissəsindən təmizlənsə də, kənarlarda “qar divarları” qalmaqdadır.
Bu mənzərəni bəzi yerlərdə bir kilometrədək məsafədə müşahidə etmək olar.
Fotoqraf Lyokinin ərazidən çəkdiyi fotoları təqdim edirik:







